Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sabunçu rayonunun sosial-iqtisadi həyatı
 
Əsası 1920-ci ildə qoyulan inzibati-ərazi vahidi 1958-ci ildən müstəqillik illərinin əvvəllərinədək Lenin rayonu adlanıb. 29 aprel 1992-ci ildən etibarən inzibati-ərazi vahidinin adı dəyişdirilib və Sabunçu rayonu adlandırılıb. Hazırda Sabunçu rayonu 10 inzibati qəsəbəni özündə birləşdirir. Bunlar Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh qəsəbələridir. Əhalisinin sayı 234387 nəfərə çatan rayonun ərazisi 244,3 kvadratkilometrə bərabərdir. Rayonda 46 məktəb, 3 internat və 24 səhiyyə müəssisəsi var. Həmçinin, rayonun ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 76 sənaye, 49 tikinti, 8 nəqliyyat, 5 kənd təsərrüfatı və 317 ticarət obyekti və sair fəaliyyət göstərir.
 
Rayonun iri sənaye müəssisələri:
Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və s. müəssisələri göstərmək olar.
“Balakhanı Operating Company” LTD
Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. Müəssisədə çalışanların sayı 1416 nəfər, orta aylıq əmək haqqı 843,0 manat olmuşdur.
 
“Azgerneft” MMC
Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. Müəssisədə çalışanların sayı 414 nəfər, orta aylıq əmək haqqı  773,5 manat olmuşdur.
 
“Bakı Neft Maşınqayırma” TASC
Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalından ibarətdir. Müəssisədə çalışanların sayı 260 nəfər, orta aylıq əmək haqqı 325,0 manat olmuşdur.
 
“Bakı Fəhləsi” TASC
Müəssisənin əsas istehsalı mancanaq dəzgahlarının istehsalından ibarətdir. Müəssisədə çalışanların sayı 105 nəfər, orta aylıq əmək haqqı 480,0 manat olmuşdur.
 
“Neftqazmaş” ASC
Müəssisənin əsas istehsalı olan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 6 ədəd, digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 335,1 min manat olmuşdur. Müəssisədə çalışanların sayı 157 nəfər, orta aylıq əmək haqqı 336,0 manat olmuşdur.
 
“Sərham” MMC
Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 787,6 ton olmuşdur ki, keçən ilə nisbətən 12,7 faiz armışdır. Müəssisədə çalışanların sayı 579 nəfər, orta aylıq əmək haqqı 152,2 manat olmuşdur.
 
“Sun tea” MMC
Müəssisənin əsas istehsalı olan çayın miqdarı 2061,6 ton olmuşdur. Müəssisədə çalışanların sayı 237 nəfər, orta aylıq əmək haqqı 430,0 manat olmuşdur.
 
“Şirin” MMC
Müəssisənin əsas istehsalı olan şokolad istehsalı 324395,0 kq, karamel istehsalı 65300,0 kq  olmuşdur. Müəssisədə çalışanların sayı 252 nəfər, orta aylıq əmək haqqı 221,0  manat olmuşdur.
 
“Bakı fındıq emalı” MMC
Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 120470,1 kq olmuşdur. Müəssisədə çalışanların sayı 87 nəfər, orta aylıq əmək haqqı 480,0  manat olmuşdur.
Keçidlər