Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2019 yarımillik

 
2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 42569,9 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2019-cu ilin yanvar-iyun aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 128128,3 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 70,1 faiz təşkil etmişdir. 2019-cu ilin yanvar-iyun aylarında 122544,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 99221,4 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8 faiz çox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar-iyun aylarında 45397,6 min manat, əsaslı təmir  23687,7 min manat, cari təmir 4930,3 min manat, sair tikinti işləri isə 25205,8 min manat təşkil etmişdir.
Keçidlər