Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2019 illik

 
2019-cu ilin yanvar-dekabr aylarında bütün  maliyyə mənbələri hesabına 635960,4 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir. 2019-cu ilin yanvar-dekabr aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 787155,3 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,4 dəfə çox olmuşdur.  2019-cu ilin yanvar-dekabr aylarında 307917,2 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. 2019-cu ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 210875,2 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,6 faiz çox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar-dekabr aylarında 107244,2 min manat, əsaslı təmir 33703,5 min manat, cari təmir 11768,9 min manat, sair tikinti  işləri isə 58158,6 min manat təşkil etmişdir.
Keçidlər