Şriftin ölçüsü :

Saytın rəngi :

74 №-Lİ TAM ORTA MƏKTƏB

 
Bakıxanov qəsəbəsi Sülh küçəsi 19
 
Sabunçu rayonu 74 nömrəli tam orta məktəb 1960-cı ildə inşa edilib təhvil verilmişdir. 2008-ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 540 yerlikdir. Məktəbdə dərslər 2 növbədə keçirilir. Məktəbdə 92 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2014-2015-ci dərs ilində 842 şagird təhsil alır. Sabunçu rayonu 74 nömrəli tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il olduğu kimi məktəbin məzunları Respublika və xariçi ölkələrin nüfüzlu ali məktəblərinə daxil olublar. 500- dən və 600-dən çox bal toplayan şagirdlərimizin sayı ilbəil artır. Belə ki, 2014-cü ildə 7 nəfər 500-dən ,6 nəfər isə 600-dən çox bal toplamışdılar. Onlardan 2 şagird Prezident təqaüdünə layiq görülmüşdür. Şagirdlərimizin idmanda da böyük uğurları var. Onlar futbol, basketbol, şahmat və müxtəlif idman növləri üzrə rayon və şəhər yarışlarından qalib gəliblər. Məktəbdə təsviri incəsənət və bacarıqlı əllər dərnəkləri fəaliyyət gostərir. Şagirdlərimiz şeir, rəsm müsabiqələrində də uğur qazanırlar. Asudə vaxtlarını isə şagirdlər məktəbdənkənar yaradıcılıq mərkəzlərində müxtəlif dərnəklərdə keçirirlər. Şagirdlər həmdə məktəb və rayon kitabxanalarının fəal üzvləridir.
 
 
Zeynalov Murad Fəxrəddin oğlu
Nazim Məmmədov adına
74 saylı məktəbin direktoru
012-428-51-73
012-428-12-32

 

 

Keçidlər