Şriftin ölçüsü :

Saytın rəngi :

96 №-Lİ TAM ORTA MƏKTƏB

 
Bakıxanov qəsəbəsi Sülh küçəsi 32
 
Bakı şəhəri İlqar Əliyev adına 96 №-li tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 34 sinif komplektində 784 nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan dilində tədris olunur. Dərslər 1 növbədə 5 günlük tədris həftəsi üzrə keçirilir. 96 nömrəli məktəb 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə " Ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2012-ci ildə " Bakı və Qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən təmir edilmişdir. Məktəbdə 98 nəfər pedaqoji işçi çalışır. Son üç ildə məktəbin məzunlarının uğurları inkişafa doğru irəliləmişdir. Belə ki, 2011-2012-ci tədris ilində məzunların qəbul faizi 57% olmuş, 2 nəfər 600-dən artıq bal toplamışdır. 2012 - 2013-cü tədris ilində qəbul faizi 54%, 2013 - 2014-cü tədris ilində isə 68% olmuşdur. Qəbul olunan məzunlardan 7 nəfəri 500-dən artıq, 1 nəfər isə 600-dən artıq bal toplayaraq Respublikanın ali məktəblərində təhsil alırlar.2014-2015-ci tədris ilində məktəbi bitirən 76 məzundan 65%-i ali və orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 7 nəfəri 500-600 bal, 3 nəfəri isə 600-700 bal toplayıb. Bir nəfər 691 bal toplayaraq prezident təqaüdünə layiq görülmüşdür. Şagirdlərimiz müxtəlif müsabiqələrdə, bilik və idman yarışlarında fəal iştirak edərək uğurlar qazanırlar.
 
 
Məmmədova Mehriban Vaqif qızı
İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin direktoru
012-428-31-18
012-428-31-01

 

 

Keçidlər