Şriftin ölçüsü :

Saytın rəngi :

169 №-Lİ TAM ORTA MƏKTƏB

 
Bakıxanov qəsəbəsi M. Gəncəvi küçəsi 6
 
169 nömrəli tam orta məktəb 1936-cı ildə uyğunlaşdırılmış bir əsas bina ilə məktəb kimi fəaliyyətə başlamışdır. 1941-1945-ci Böyük Vətən müharibəsi illərində məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir. Hal-hazırda məktəb üç tədris korpusu ilə fəaliyyətdədir (II tədris korpusu - 2008, III tədris korpusu - 2012-ci ildə istifadəyə verilmişdir). 169 nömrəli tam orta məktəb 1994-cü ildə Qarabağın Füzuli və Ağdərə istiqamətində gedən döyüşlərində qəhrəmancasına həlak olmuş məzunumuz Nəsimi Məcid oğlu Rzayevin adını daşıyır. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. 1501 şagirdin təlim-tərbiyəsi ilə 97 müəllim məşğul olur. Onlardan 94 nəfər - ali, 1 nəfər - elmlər namizədi, 2 nəfər - orta-ixtisas, 1 nəfər hərbi rəhbər isə tam orta təhsillidir. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə məktəbimiz 2009/2010-cu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbimizin məzunları yüksək balla Respublikanın və xarici dövlətlərin ali məktəblərinə qəbul olunurlar. 2016/2017-ci tədris ilində məzunlarımızdan üç nəfəri 600-dən yüksək bal toplamışdır.Onlardan iki nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-ci tədris ilində məktəbimizin şagirdləri Respublika və rayon miqyaslı müxtəlif idman yarışlarında mükafata layiq yerlər tutmuşdurlar.
 
 
Əzimova Pərvanə Əhsən qızı
Nəsimi Rzayev adına
169 nömrəli tam orta məktəbin direktoru
012-428-41-21

 

Keçidlər