Şriftin ölçüsü :

Saytın rəngi :

213 №-Lİ TAM ORTA MƏKTƏB

 
Bakıxanov qəsəbəsi Hacınski küçəsi 89
 
Bakı şəhəri 213 nömrəli məktəb-lisey 1963-cü ildən fəaliyyətə başlamışdır.Məktəb 1995-ci ildən şagirdi olmuş Şəhid Müşviq Orucovun adını daşıyır. Bakı şəhəri Təhsil İdarəsinin 02 oktyabr 2007-ci il tarixli 194 №-li əmrinə əsasən məktəbin adı və nömrəsi saxlanılmaqla məktəb-lisey adlandırılmışdır. Məktəb-lisey 2009-2010-cu tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2007-ci il tarixindən Məktəb-liseydə humanitar və texniki təmayüllü lisey sinifləri (7-11 siniflər üzrə) fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində məktəb-lisey əsaslı şəkildə təmir olunmuşdur. Məktəb üçmərtəbəli olmaqla bir korpusdan ibarətdir. 964 yerlik şagird tutumuna malikdir. Dərslər Azərbaycan dilində tədris olunur. V sinifdən yuxarı Rus dili ikinci xarici fənn kimi keçirilir. Məktəbdə 31 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 2 informatika kabineti, 2 emalatxana, 300 kv.m -lik idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, və kitabxana vardır. Məktəbin işçilərinin ümumi sayı 85-dir. Bunlardan 69 nəfəri pedaqoji, 16 nəfəri isə texniki heyətdir. Hal-hazırda məktəbdə 29 sinif komplekti fəaliyyət göstərir. Məktəb Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə 2009/2010-cu tədris ilində keçirilmiş “50 Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Daxili intizam qaydalarına ciddi əməl olunur. 2015-2016-cı tədris ilində 2 nəfər 500 baldan yuxarı, 4 nəfər isə 600 baldan yuxarı toplayaraq yüksək nəticə göstərmişdir.
 
 
Əliyeva Səbinə Süleyman qızı
Müşviq Orucov adına
213 saylı məktəb-liseyin direktoru
012-428-51-75

 

Keçidlər