Şriftin ölçüsü :

Saytın rəngi :

271 №-Lİ TAM ORTA MƏKTƏB

 
Bakıxanov qəsəbəsi Axundov küçəsi 25
 
  271№li tam orta məktəb 1985-ci ildə,1080 yerli məktəb kimi istifadəyə verilmişdir.Həmin vaxt məktəbdə yalnız rus bölməsi fəaliyyət göstərirdi.Sonralar şagirdlərin sıxlığını nəzərə alaraq 2008-ci ildə 720 nəfərlik əlavə korpus inşa edildi. Əsas binanın vəziyyəti müasir tələblərə cavab vermədiyinə görə,2012-ci ildə məktəb əsaslı təmir olundu. Hal-hazırda məktəbdə həm Azərbaycan,həm də rus bölməsi fəaliyyət göstərir.Məktəbdə beş nəfər rəhbər işçi,hər iki bölmə üzrə 169 nəfər müəllim,25 nəfər texniki işçi çalışır.76 sinifdə ümumi şagirdlərin sayı 1744 nəfərdir.Son on ildə hər il bir nəfər,2013-cü ildə isə üç nəfər şagird "Bilik yarışı" üzrə Respublika olimpiadasının qalibi olmuşdur. Bu illər ərzində qəbul imtahanlarında 600-700 bal toplayaraq Respublikamızın qabaqcıl ali məktəblərinə qəbul olan məzunlarımız var.
 
 
Qasımova Səbinə Məmmədağa qızı
271 nömrəli tam orta məktəbin
direktoru
  012-428-93-56  

 

Keçidlər