Şriftin ölçüsü :

Saytın rəngi :

148 №-Lİ TAM ORTA MƏKTƏB

 
Sabunçu qəsəbəsi Əliyar Əliyev küçəsi 65
 
 148 nömrəli tam orta məktəb Azərbaycanın Milli qəhrəmanı, məktəbin keçmiş məzunu olmuş Akif Qambayzadənin adını daşıyır. Məktəb Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin 65 ünvanında yerləşir. Məktəb 1935-ci ildə inşa olunub.Əvvəlcə hərbi hospital kimi fəaliyyət göstərib.1937-ci ildən isə məktəb kimi fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki,məzunları içərisində tanınmış, dövlət və elm xadimləri məktəbin adını həmişə tanıtmışlar. Məktəbdə 2007-ci ildə 360 yerlik əlavə korpus inşa olunub. Əsas korpus isə qəza vəziyyətində olduğu üçün sökülmüş və 2015-ci ildə 528 nəfərlik yeni məktəb binası inşa olunmuşdur.Yeni məktəb binasının açılışında Cənab Prezident İlham Əliyev şəxsən özü iştirak etmışdır. Məktəbdə 952 şagirdin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur. Məktəb fəaliyyətində öz keçmiş ənənələrinə daim sadiq qalaraq, təhsil prosesinin təşkili və inkişaf etdirilməsində əzmlə çalışır. Rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edir. Fənn olimpiadalarında, ali məktəbə qəbul prosesində də məzunlarımız daima yüksək nəticələr əldə edirlər. Məktəbdə istedadlı şagirdlər daima diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq ,"İstedad bankı", müxtəlif fənlər üzrə "Test bankı","Gəlin tanıyaq"və "Ayın lideri" guşələri təşkil olunub. Məktəbin istedadlı uşaqlardan təşkil olunmuş xalq alətləri ansamblı, rəqs qrupu,futbol komandası, xor dərnəyi, rayon və şəhər səviyyələrində keçirilən tədbirlərdə yaxından iştirak ediblər. Məktəbin idarə olunmasında valideyn komitələri və şagird kollektivi də yaxından iştirak edirlər. Belə ki,məktəbdaxili intizamın möhkəmləndirilməsi məqsədilə məktəbdə radio qovşağı fəaliyyət göstərir.Hər gün radio vasitəsilə davamiyyət,görülən tədbirlər,Təhsil Nazirliyinin yeni xəbərləri,təklif və tövsiyələri şagirdlərin öz çıxışları ilə bütün məktəb kollektivinə çatdırılır ki ,bu da siniflər arasında sağlam rəqabətin gücləndirilməsinə səbəb olur.
 
 
Babayeva Esmira Qəzənfər
Akif Qambayzadə adına
148 nömrəli tam orta məktəbin direktoru
012-450-53-57
012- 450-12-41

 

Keçidlər