Şriftin ölçüsü :

Saytın rəngi :

81 №-Lİ TAM ORTA MƏKTƏB

 
Zabrat-1 qəsəbəsi Şirvani küçəsi 18
 
Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 № li tam orta məktəb 1920 – ci il tarixdən fəaliyyət göstərir. Məktəb 650 tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həmdə Rus bölmələri üzrə aparılır. Məktəbdə 1181 şagirdin təlim – tərbiyəsi ilə 83 müəllim məşğul olur. Məktəb “Yüksək keyfiyyət uğrunda” devizi altında ibtidai (I – IV siniflər), ümumi orta (V – VII siniflər) 5 günlük, tam orta (VIII – XI siniflər) 6 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi ingilis və rus dilləri tədris olunur. 81 № li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsəd yönlü işlərdən biridə fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən interaktiv, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeydolunanları həyata keçirmək üçün Təhsil Nazirliyi bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kurslarda iştirak edirlər. 81 № li tam orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdən xaric və məktəbdən kənar tədbirlərin keçirilməsinədə geniş yer verir.Yüksək peşəkarlıq səviyyəsində keçən bu tədbirlərin nəticəsidir ki, son 5 ildə xeyli sayda ictimai birliklər, fondlar məktəb haqqında müsbət mülahizə və rəylər irəli sürmüşdür. Məktəbimiz şagirdlərini vətənpərvərlik ruhunda tərbiyəedir. Məktəbin zəngin kitabxanası var.  Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.
 
 
Əlizadə Mehriban Rüfət
81 nömrəli tam orta məktəbin direktoru
012-550-27-16

 

Keçidlər