Şriftin ölçüsü :

Saytın rəngi :

198 №-Lİ TAM ORTA MƏKTƏB

 
Ramana qəsəbəsi Haqverdiyev küçəsi 33
 
Azərbaycanın paytaxtı Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev 33 ünvanında yerləşən E.Ağayeva adına 198 nömrəli tam orta məktəb 1937-ci ildə uyğunlaşdırılmış formada tikilib istifadəyə verilmişdir. Üçmərtəbəli bina 280 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Kənd ərazisində sakinlərin sayının artması nəticəsində hal-hazırda məktəbdə 788 nəfər şagird 35 sinifdə təhsil alır. Tədris Azərbaycan bölməsi üzrə aparılır və xarici dil kimi ingilis,rus dilləri tədris olunur. Məktəbimizdə təhsil müəyyən tələblərə uyğun təşkil olunur ki, bunlara inkişaf sahələrinə uyğun təlim məşğələləri və müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi, şagirdlərin bərabər inkişafının təmin olunması daxildir. Məktəbin ərazisi 6100 kv.m., binanın ərazisi isə 1032 kv.m.-dir. 1800kv.m-lik futbol meydançası bu ərazi daxilindədir. İki növbəli və 6 günlük iş rejimi ilə işləyən məktəbdə 23 sinif otağı vardır. Bina istilik sistemi ilə təchiz olunmuşdur. Hal-hazırda 63 pedaqoji kadr və 18 texniki işçi burada fəaliyyət göstərir. 1990-cı ildən bu təhsil ocağı Ramana kənd sakini, yazıçı Eynulla Xankişi oğlu Ağayevin adını daşıyır.
 
 
Nadirova Şəlalə Əsgər
Eynulla Ağayev adına
198 nömrəli tam orta məktəbin direktoru
012-451-30-13   

 

Keçidlər