20.01.2021-ci il tarixdə “20 Yanvar” faciəsinin 31-ci ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və “20 Yanvar” faciəsində şəhid olanların ailə üzvlərinin iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi, ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi
Cənab Prezidentin Şuşaya səfəri xüsusi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqı üçün çox əziz, müqəddəs bir şəhərdir və cənab Prezidentimizin Şuşaya səfəri qalibin öz azad etdiyi şəhərə olan səfəridir. Bunu zəfər səfəri adlandırmaq olar
Müstəqil Azərbaycanın 30 illik tarixində ilk dəfə Azərbaycan Prezidenti Şuşaya ayaq basdı. Bu özlüyündə həm yaxın tariximizin dönüş nöqtəsi, həm milli qürur məsələsidir. Çünki Şuşa Qarabağın açarı, milli mədəniyyətimizin beşiyi, paytaxtıdır. Şuşaya sahib olmaq Qarabağın taleyinə hökm etmək imkanı deməkdir
Azərbaycan ictimaiyyətinin Rusiyada baş tutan görüşdən gözləntisi böyükdür. Məlumdur ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri tam mənada Ermənistan tərəfindən həyata keçirilmir
Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq olunması ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsiziliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu.
Bildiyimiz kimi yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Hörmətli, Cənab Prezident İlham Əliyev keçən ilin yekunları ilə bağlı geniş, bütün sahələri əhatə edən nitq söyləyib.
Azərbaycan Respublikasının müstəqillik tarixində, ümumiyyətlə son yüz ilimizin bütövlükdə tarixində 2020-ci ilin özəl bir yeri var və illər keçdikcə də biz bunun nə qədər əhəmiyyətli bir il olduğunu dərk edəcəyik.
10 noyabr tarixində Rusiya və Azərbaycan Prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonrakı mərhələdə hərbi əməliyyatların dayandırılması, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması müəyyənləşdirildi.
Məlum olduğu kimi, son vaxtlarda birjalarda bir sıra obyektiv amillər, həmçinin bəzi hallarda subyektiv müdaxilələr üzündən neft və neft məhsullarının qiymətlərində enmələr və qalxmalar müşahidə edilir. Dünyanı ağuşuna alan pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il “Nizami ili” elan olundu. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.