az en ru
Home Contact Phone
background
  • Ünvan: Az-1132, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç.56
  • Faks: (+994 12) 428-33-77
  • E-mail: mail@sabunchu-ih.gov.az

Xəbərlər

  • Sabunçu rayonunda müqəddəs Qurban bayramı mü...

    Sabunçu rayonunda müqəddəs Qurban bayramı münasibətilə sosial xidmət müəssisələrinə qurban payı verildi

    2021-07-21

    21.07.2021-ci il tarixdə Ulu Öndərin böyük hörmət bəslədiyi, “Xanış kişi” kimi tanıdığımız xeyirxah Xanış Şahıyevin övladları hər il olduğu kimi bu il də ənənəyə sadiq qalaraq müqəddəs Qurban bayramı münasibətilə Sabunçu rayonunda yerləşən Əlilliyi olan Şəxslərin Peşə-əmək Reablitasiya Mərkəzi və Ahıl şəxslər üçün Sosial Xidmət müəssisələrinə 30-a yaxın qurban payladı.

  • Ramana qəsəbəsində Vətən müharibəsi şəhi...

    Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılış olub

    2021-07-08

    07 iyul 2021-ci ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı General Polad Həşimovun anası Səmayə Həşimova, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, həmin şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Abbas Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov və şəhidin doğmaları iştirak etmişdir.

  • Vətən müharibəsi zamanı itkin düşmüş hər...

    Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçu Qədirli Elnur Rəcəb oğlunun ailəsinin mənzili əsaslı şəkildə təmir edilib

    2021-07-07

    Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu Qədirli Elnur Rəcəb oğlunun ailəsinin mənzili əsaslı şəkildə təmir olunduqdan sonra ailəsinə təhvil verilib. Rayon rəhbərinin tapşırığına əsasən daxili imkanlar hesabına mənzil əsaslı şəkildə təmir edilmiş, invertarlarla təmin olunmuş və yasayış üçün hər cür şərait yaradılmışdır.

  • Sabunçu rayonu Zabrat qəsəbəsində abadlıq-qu...

    Sabunçu rayonu Zabrat qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

    2021-07-06

    Zabrat qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin Babək küçəsi 11b ünvanında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Bakı Abadlıq Xidməti tərəfindən isə N.Nərimanov, Q.Bayramov küçələrində işıq dirəklərinin quraşdırılması prosesi başa çatdırılmışdır. Qəsəbədə yerləşən 307 saylı tam orta məktəb üçün əlavə 15 sinif otaqlı tədris korpusunun tikintisi və mövcud binanın əsaslı təmiri işləri davam etdirilir.

  • Sabunçu rayon Ağsaqqallar Şurasının konfrans...

    Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi

    2021-06-30

    30.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.

  • Sabunçu rayonunda Vətən müharibəsi şəhidlə...

    Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar təqdim edildi

    2021-06-29

    29.06.2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra orden və medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdim edilməsi mərasimi keçirildi.

  • Sabunçu rayonunda Vətən müharibəsi şəhidlə...

    Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Zəfər” turniri keçirildi

    2021-06-29

    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının təşəbbüsü ilə Sabunçu rayonunun Maştağa qəsəbəsində mini-futbol üzrə keçirilən “Zəfər” turniri başa çatdı.

  • Sabunçu rayonunda Vətən müharibəsi iştirakç...

    Sabunçu rayonunda Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi

    2021-06-25

    “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə 25.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi.

  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ağa...

    Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirildi

    2021-06-24

    24.06.2021-ci il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında paytaxtın müxtəlif təhsil müəssisələrindən olan 60 şagird və tələbənin iştirakı ilə ağacəkmə aksiyası keçirildi.

  • Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçu...

    Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olundu

    2021-06-23

    23.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, sektor müdirləri və digərləri iştirak edirdilər

  • Sabunçu rayonunun ümumi təhsil müəssisələri...

    Sabunçu rayonunun ümumi təhsil müəssisələrində “Yay məktəbi” uğurla davam edir

    2021-06-19

    Sabunçu rayonunun ümumi təhsil müəssisələrində məktəblilərin yay tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirməsi üçün təşkil edilən “Yay məktəbi” uğurla davam edir

  • Vətən müharibəsi zamanı qəhrəmancasına ş...

    Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Camal Xaliq oğlunun ailəsi ilə görüş keçirildi

    2021-06-15

    15 iyun 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev və Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Camal Xaliq oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar

  • “14 iyun-Ümumdünya Qan Donoru Günü” münas...

    “14 iyun-Ümumdünya Qan Donoru Günü” münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinə təşəkkür etdi

    2021-06-14

    Bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

  • Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş ...

    Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi

    2021-06-10

    10.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Böyükşor bulvarında "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.

  • Sabunçu rayonunda "15 İyun - Milli Qurtulu...

    Sabunçu rayonunda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş mini-futbol turniri keçirildi

    2021-06-08

    08.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, 74 saylı tam orta məktəbin stadionunda "15 İyun -Milli Qurtuluş Günü"nə həsr olunmuş mini-futbol turniri keçirildi.

  • Vətən müharibəsi qazilərinə dəstək məqs...

    Vətən müharibəsi qazilərinə dəstək məqsədilə görüşlər davam edir

    2021-06-04

    04.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı, Maştağa, Zabrat, Ramana və Bakıxanov qəsəbələri üzrə nümayəndələrinin iştirakı ilə rayonda yaşayan Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilmişdir.

  • Sabunçu məktəbliləri arasında keçirilən II ...

    Sabunçu məktəbliləri arasında keçirilən II İntellektual çempionatın qalibləri mükafatlandırıldı

    2021-06-01

    01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu məktəbliləri arasında “28 may - Respublika Günü” münasibətilə keçirilən II İntellektual çempionatın qalibləri mükafatlandırıldı.

  • Sabunçu rayonunda şəhid övladlarının iştira...

    Sabunçu rayonunda şəhid övladlarının iştirakı ilə tədbir keçirildi

    2021-06-01

    01.06.2021-ci il tarixdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin övladları üçün tədbir təşkil edildi.

  • İntellekt savaşının qalibi “ZƏFƏR” koman...

    İntellekt savaşının qalibi “ZƏFƏR” komandasıdır

    2021-05-31

    “28 may - Respublika Günü”nə həsr olunmuş Sabunçu məktəbləri arasında baş tutan II intellektual çempionatın hər mərhələsini uğurla baş vuran 142 N-li tam orta məktəbin “Zəfər” komandası oldu.

  • İntellektlər finala hazırdır

    İntellektlər finala hazırdır

    2021-05-29

    Sabunçu məktəbliləri arasında II intellektual çempionatın növbəti qrup oyunu baş tutdu. Onlayn şəkildə keçirilən bu mərhələdə 72 N-li məktəb-lisey - “ALFA” və 148 N-li tam orta məktəb- “Kainat” komandaları finala vəsiqə qazandı.

  • Sabunçu rayonun Bakıxanov qəsəbəsində abadl...

    Sabunçu rayonun Bakıxanov qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

    2021-05-25

    Bakıxanov qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin Ş.Kamilov 21, M.Hacınski 37, 39 ünvanlarında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.

  • Sabunçu rayonunda “15 may - Beynəlxalq Ailə G...

    Sabunçu rayonunda “15 may - Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən “açıq qapı” günləri başa çatıb

    2021-05-24

    “15 may-Beynəlxalq Ailə Günü” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi 18-20 may 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən 3 günlük “açıq qapı” günləri aksiyası yekunlaşıb.

  • Vətən müharibəsi zamanı qəhrəmancasına ş...

    Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şalıyev Ceyhun Nüsrət oğlunun doğum günündə ailəsi ilə görüş keçirildi

    2021-05-20

    20 may 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov və qəsəbə nümayəndəsinin müavini Ağamalı Səfərov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şalıyev Ceyhun Nüsrət oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.

  • Sabunçu rayonun Bilgəh qəsəbəsində abadlıq-...

    Sabunçu rayonun Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

    2021-05-18

    Bilgəh qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin 11, 12 - ci dalanlarında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.

  • 3-15 may tarixlərini əhatə edən “Ailə həft...

    3-15 may tarixlərini əhatə edən “Ailə həftəsi” layihəmiz davam edir

    2021-05-15

    Layihənin 3-cü vebinarı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin eksperti Aynur Veysəlovanın təqdimatında baş tutdu.