Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Könüllü”lər “Dövlət qulluğu” təlimində iştirak ediblər

25 oktyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər davam edir.
  26.10.2019-cu il tarixdə təlimçi Elxan Qəhrəmanlı tərəfindən keçirilən “Dövlət qulluğu” təlimində könüllülər dövlət qulluqçusunun riayət etməli olduğu etik qaydalar, kadrların idarə edilməsinin mahiyyəti, dövlət qulluqçularının vəzifə təlimatı və müsahibənin aparılmasının əsas qaydaları mövzuları üzrə yeni biliklər əldə etdilər.
   Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər 2 ay müddətində davam edəcək.
 
Keçidlər