Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu qəsəbə sakinləri ilə görüşü keçirildi

11 noyabr 2019 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 12.11.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Sabunçu qəsəbəsinin sakinləri ilə görüşü keçirilmişdir.
   Görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, paytaxtın və rayonun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri sakinlərin müraciətlərini və təkliflərini dinləyiblər.
   Əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanovun qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Sabunçu qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstəklərini ifadə ediblər.
   Sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Prezident İlham Əliyevin dövlət qurumlarının rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinə öz problemləri kimi yanaşmaqdır.
   Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri məsələlərindən danışan Eldar Əzizov bildirib ki, dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.
   Görüşdə 30-dan çox sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi ilə bağlı olub.
 
Ətraflı: https://www.facebook.com/sabunchuih/posts/1416725938490372
 
Keçidlər