Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlim keçirildi

17 noyabr 2019 | 20:00
   Avropa Şurası Parlament Assambleyası tərəfindən  “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiyanın təbliği məqsədilə 2011-ci ildə üzv dövlətlərdə başlanılan “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18.11.2019-cu il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən  80 saylı tam orta məktəbdə “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda növbəti təlim keçirildi.
   Təlimdə 40 uşaq, 10 valideyn və müəllim heyəti iştirak edirdi. Tədbir çərçivəsində uşaqlara mövzu üzrə bukletlər paylanıldı. Təlim zamanı uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi ilə bağlı çəkilmiş videoçarx nümayiş etdirildi, uşaq və valideynlər mövzu ilə bağlı öz fikir və təkliflərini bildirdilər.
   Qeyd edək ki, bu kampaniyanın məqsədi Avropa Şurasına üzv dövlətlərdə bu sənədin mahiyyəti və vacibliyinin təbliği və qəbul olunması, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericiliyi konvensiyaya uyğun tənzimləmək idi. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 22 oktyabr 2019-cu il tarixli, 1681-VQ saylı Qanununun qəbul edilməsi uşaqlara qarşı cinsi zorakılıq hallarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin görülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
 
Ətraflı: https://www.facebook.com/sabunchuih/posts/1420970401399259
 
 
Keçidlər