Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçılarının Gəncə - Göygöl – Şəmkir istiqamətinə səfəri başladı

17 noyabr 2019 | 20:00
   18.11.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçılarının müəyyən olunmuş qrafik üzrə təntənəli yolasalma mərasimi keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçıları və valideynlər iştirak edirdilər.
   Çıxış edən Rəna Fərəcova tur-aksiyada iştirak hüququ qazanmış məktəbliləri təbrik edərək onlara bu səfərdə müvəffəqiyyətlər arzuladı.
   Daha sonra çıxış edən valideynlər və məktəblilər “Ölkəmizi tanıyaq” layihəsinin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
   Sonda 12-ci tur-aksiya iştirakçıları xüsusi ayrılmış avtobusla Gəncə - Göygöl - Şəmkir istiqamətində yola düşdülər.
 
Ətraflı:  https://www.facebook.com/sabunchuih/posts/1420981791398120
 
Keçidlər