Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” 12-ci tur-aksiyasında iştirak edən Sabunçu məktəbliləri böyük qələbə ilə geri döndülər

20 noyabr 2019 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin 12-ci tur-aksiyası çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş səfərlər uğurla başa çatdı.
   Layihə çərçivəsində Gəncə - Göygöl – Şəmkir istiqamətinə yola düşən Sabunçu məktəbliləri dörd gün ərzində səyahət etdikləri şəhər və rayonların tarixi, mədəniyyəti, əhalinin həyat tərzi və məişətini əks etdirən abidələr, muzeylər, ərazinin turizm potensialı və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış oldular. 19.11.2018-ci il tarixdə keçirilən intellektual yarışda iştirak edən Sabunçu məktəbliləri layihə çərçivəsində bir ilkə imza ataraq 9 rayondan olan 54 komanda arasında 1-ci, 2-ci və 3-cü yerlərin qalibi olaraq hər üç kubokun sahibi oldular.
   21.11.2018-ci il tarixdə isə tur-aksiya iştirakçıları xoş təəssüratlarla Sabunçu rayonuna geri döndülər. Aksiyanın iştirakçılarını Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı cənab Adil Vəliyev, millət vəkili Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri və valideynlər təntənəli şəkildə qarşıladılar.
   İlk olaraq tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
   Daha sonra Bakı Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı cənab Adil Vəliyev məktəbliləri böyük qələbə münasibətilə təbrik edərək bu uğurun ölkə prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.
   Çıxış edən məktəblilər xoş səfər təəssüratlarını paylaşaraq “Ölkəmizi tanıyaq” layihəsinin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
   Sonda aksiya iştirakçıları  üçün hazırlanmış ziyafətdə iştirakçıların hər birinə hədiyyələr təqdim olundu.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1424027481093551
 
Keçidlər