Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İlk tibbi yardım aylığı” davam edir

19 noyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisəsində həyata keçirilən “İlk tibbi yardım aylığı” davam edir.
   Layihə çərçivəsində 20.11.2019-cu il tarixdə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Neft-Energetika kollecində “Sağlam Ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüş zamanı gənclərə ilk tibbi yardımın mahiyyəti və məqsədi izah olunmuş, növləri və qaydaları barədə ətraflı məlumat verilmişdir.
   Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.
   Qeyd edək ki, aylıq çərçivəsində mütəmadi olaraq rayonda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində görüşlər keçiriləcəkdir.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1424042661092033
 
Keçidlər