Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda uğurla davam edən “İlk tibbi yardım aylığı” başa çatdı

28 noyabr 2019 | 20:00
    Sabunçu Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisəsində həyata keçirilən “İlk tibbi yardım aylığı” başa çatdı.
   Layihə çərçivəsində 29.11.2019-cu il tarixdə rayonun orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisəsinin bir qrup fəal tələbələrinin “Sağlam Ailə” Tibb Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Tələbələr ilk tibbi yardımın məqsədi, növləri və qaydaları barədə əyani şəkildə məlumat əldə etməklə yanaşı Mərkəzdə yaradılan şəraitlə də tanış olmuşlar.
   Sonda layihə çərçivəsində fərqlənən gənclərə “Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən sertifikatlar və hədiyyə kuponları təqdim olunmuşdur.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1431989863630646
 
Keçidlər