Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülər arasında “Quest Time" adlı yarış keçirildi

01 dekabr 2019 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Gənclər Mərkəzi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə 02.12.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzində “Quest Time" adlı yarış keçirildi.
   İki mərhələdən ibarət olan yarışda 10 rəsmi qurumun könüllüləri olmaqla ümumilikdə 60 nəfər iştirak etmişdir. Yarışın nəticələrinə əsasən "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri birinci,  Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc könüllü”ləri ikinci və Sabunçu Rayon İcra Hakimiyyətinin “Ən Könüllü”ləri isə üçüncü yerlərə layiq görülərək  hədiyyə və sertifikatlarla təltif olunmuşlar.
   Sonda Sabunçu Gənclər Evində yarış iştirakçıları üçün diskoteka və əyləncəli viktorinalar təşkil olunmuşdur.
 
Keçidlər