Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Elxan Elatlı ilə görüş keçirildi

03 dekabr 2019 | 20:00
   “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və “Azərkitab” – Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə 04.12.2019-cu il tarixdə Sabunçu Gənclər Evində Azərbaycanın məşhur dedektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş və imza günü keçirildi.
   Görüşdə E.Elatlı əsərləri və qəhrəmanlarının prototipləri haqqında məlumat verərək oxucuların suallarını cavablandırdı.
   Sonda yazıçı oxucuların kitablarını imzalayaraq onlarla xatirə şəkli çəkdirdi.
 
Keçidlər