Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Balaxanı qəsəbəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi

24 dekabr 2019 | 20:00
   25.12.2019-cu il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən “Kənan” şadlıq evində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi və Balaxanı qəsəbəsində fəaliyyət göstərən məktəblərin şagirdləri iştirak edirdilər.
   Tədbiri giriş sözü il açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” hər il dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qeyd edilir. Çıxışının sonunda R.Fərəcova bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi.
   Tədbir Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə uşaq simfonik orkestrinin ifasında konsert proqramı ilə davam etdi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1459348494228116
 
Keçidlər