Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Könüllü”lər “Dövlət qulluğu” təlimində iştirak ediblər

20 dekabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər davam edir.
   21.12.2019-cu il tarixdə təlimçi Seyran Quliyev tərəfindən keçirilən “Dövlət qulluğu” təlimində könüllülər dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, inzibati dövlət qulluğu vəzifələrinin növləri və s. mövzular üzrə yeni biliklər əldə etdilər.
   Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər 2 ay müddətində davam edəcək.
 
Keçidlər