Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə konsert proqramı təşkil edildi

26 dekabr 2019 | 20:00
   27.12.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev parkında “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə möhtəşəm konsert proqramı təşkil edildi.
   Konsertdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkilləri,
rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları və yerli sakinlər iştirak edirdilər.
   Konsertdə çıxış edən ifaçılar və rəqs qrupları bayram əhval-ruhiyyəli proqramla rayon sakinlərində xoş ovqat yaratdılar. “Yeni il” personajları olan “Şaxta baba” və “Qar qız”ın tədbirdə iştirakı  isə uşaqlara böyük sevinc bəxş etdi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1461512010678431
 
Keçidlər