Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar” faciəsində şəhid olanların ruhları ehtiramla yad edildi

16 yanvar 2020 | 20:00
   17.01.2020-ci il tarixdə “20 Yanvar” faciəsinin 30-cu il dönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, “20 Yanvar” şəhidlərinin ailə üzvləri, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, rayonda yerləşən təhsil, səhiyyə və digə rmüəssisələrin rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi və müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları ehtiramla yad edildi.
    Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov bələdiyyəsinin mərasim evində “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi açıldı. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, “20 Yanvar” şəhidlərinin ailə üzvləri və “20 Yanvar” əlilləri, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, Ağsaqqallar Şurasının rayon şöbələrinin nümayəndələri və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov “20 Yanvar” şəhidlərinin ailələri və yaxınlarına baş sağlığı verərək həmin faciəli günlərdə öz ölkəsi və xalqının azadlığı, şərəf və ləyaqətini hərşeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını qeyd etdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduğumuzu və ölkəmizin suverenlik əldə etdiyini vurğulayan G.Məmmədov dövlət tərəfindən şəhid ailələrinə daim göstərilən diqqət və qayğıdan da söz açdı.
   Tədbir rayonun axundu tərəfindən oxunan dualar ilə davam etdi. Sonda “20 Yanvar” şəhidlərinin ailə üzvlərinə maddi yardım göstərildi.
Keçidlər