Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

20 yanvar 2020 | 20:00
 21.01.2020-ci il tarixdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn-zadə Avtandil, Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Ibrahimov Sadiq, qəsəbənin təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, bütün xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak edirdilər.
   İclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn-zadə Avtandil ötən il ərzində qəsəbədə görülmüş işlər barədə ümumi məlumat verdikdən sonra Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Ibrahimov Sadiq hesabat məruzəsi ilə çıxış etdi.
  Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər. Sakinlərin müraciət və təklifləri dinlənildikdən sonar onlara müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər