Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Könüllü”lər “Şəxsi inkişaf” təlimində iştirak ediblər

14 fevral 2020 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər davam edir.
   15.02.2020-ci il tarixdə təlimçi Kənan Bağırov tərəfindən keçirilən “Şəxsi inkişaf” təlimində könüllülər şəxsi bacarıqların inkişafı, özünə inam, bilik və bacarıqların təhlil edilməsi və zamanın düzgün idarə edilməsi mövzuları üzrə yeni biliklər əldə etdilər.
   Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər 2 ay müddətində davam edəcək.
Keçidlər