Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

18 fevral 2020 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 19.02.2020-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
   Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Görüşdə iştirak edən qəsəbə sakinləri yaşadıqları ərazidə küçələrin işıqlandırılması, asfalt örtüyün çəkilməsi, nəqliyyat problemi, su və kanalizasiya xətlərinin çəkilməsi və s. məsələlərlə bağlı müraciət etdilər.
 Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər