Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir

15 mart 2020 | 20:00
 01.03.2020-ci il tarixdən etibarən Sabunçu rayonunda koronavirus (COVİD-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılmaqdadır.Koronavirusla mübarizə çərçivəsində ictimai iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri davam etdirilir. Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində ardıcıl tədbirlər həyta keçirilir. Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, liftlər  və onların ətrafı,məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülür.
Keçidlər