Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində aztəminatlı ailələrlə görüş keçirilmişdir

28 mart 2020 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin və rayonun Millət Vəkillərinin birgə təşkilatçlığı ilə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan rayonun bütün qəsəbələrində yaşayan tənha yaşlılara və aztəminatlı ailələrə baş çəkilmişdir. Görüş zamanı hər bir ailənin vəziyyəti ilə maraqlanmış, onlarla dünyada geniş yayılmış koronavirus pandemiyası (Covid - 19) haqqında söhbət aparmış və respublikada görülən tədbirlərlə əlaqədar hər bir vətəndaşın karantin qaydalarına əməl etməsinə çağırmışlar. Ailələr dövlət tərəfindən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  I vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmiş və deputatlar tərəfindən təqdim edilmiş yardım paylarına görə təşəkkür etmişlər.
   Ümumilikdə 10 qəsəbə üzrə 50-dan çox ailəyə ərzaq yardımı paylanılmışdır. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.
 
Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1546328442196787

 

Keçidlər