Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə qanvermə aksiyası keçirilmişdir

21 may 2020 | 20:00
   22.05.2020-ci il tarixdə Sabunçu rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə başlanılmış aksiyaya dəstək olaraq qanvermə aksiyasında iştirak etmişlər.
   Qeyd edək ki, qanvermə aksiyası zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin qaydalarına riayət edilmişdir.
   Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
 
Ətraflı linkdə:   https://www.facebook.com/sabunchuih/posts/1596539373842360
 
Keçidlər