Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir hissəsi olaraq könüllülər yeni maraqlı aksiyaya başlamışlar

10 iyun 2020 | 20:00
   11.06.2020-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən Sabunçu rayonunda “Bir-birimizi qoruyaq!” adlı aksiya keçirilmişdir.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir hissəsi olaraq könüllülər yeni maraqlı aksiyaya başlamışlar.
   Aksiya çərçivəsində, əhalinin çox olduğu müxtəlif məkanlarda – restoran, kafe, parklarda könüllülər üzərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar. Belə ki, karantin qaydalarına riayət olunan məkanların girişlərinə “Burada qaydalara əməl olunur” və “Nümunəvi obyekt”, ictimai nəqliyyatda və parklarda, şəxsi avtomobillərdə, insanların köynəklərində “aralı əyləşin, sağlam olun”, “məsafə saxla”, “bir birimizi qoruyaq”, “sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər yapışdırılır, həmçinin insanlar arasında maarifləndirmə aparılır.
   “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.
 
Ətraflı linkdə:   https://www.facebook.com/sabunchuih/posts/1610852452411052
 
Keçidlər