Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun qəsəbələrində koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam edir

08 iyul 2020 | 20:00
   Sabunçu rayonunun Bakıxanov, Ramana və Zabrat qəsəbələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə yaradılmış 16 mobil qrup tərəfindən mütəmadi olaraq reydlər aparılır.   
   Mobil qrupların üzvləri tərəfindən qəsəbələrdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur və koronovirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər paylanılır. Həmçinin, tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan, yaşayış yerini icazəsiz  tərk edən vətəndaşlar, o cümlədən, tələb olunan qaydalara riayət etmədən fəaliyyət göstərən obyektlər aşkarlanaraq xəbərdarlıq olunur və Rayon Polis İdarəsi tərəfindən barələrində qanunamüvafiq qaydada tədbirlər görülür.
   Qeyd edək ki, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə yaradılmış 35 mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.
 
Keçidlər