Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

21 iyul 2020 | 20:00

   Bakı Abadlıq tərəfindən Sabunçu qəsəbəsi Gültəkin Əsgərova, Dilqəm Kişvəri və İlyas Aslanov küçələrində əhalinin işığa olan təlabatının ödənilməsi məqsədilə 1000 metr uzunluğunda yeni küçə işıqlarının quraşdırılması işləri davam etdirilir. Bundan əlavə olaraq M.İbrahimov və 2 Aprel küçələrində küçə işıqları xəttinin quraşdırılması işləri tamamlanmışdır.
   "Azərsu" ASC tərəfindən isə Şəhər şossesi V döngə küçəsində uzunluğu 400 metr olan yeni su xətti çəkilmişdir. Hal-hazırda isə Q.Vəzirov küçəsində diametri 100 mm, uzunluğu 3500 metr olan su xətti çəkilir.
   Həmçinin Sabunçu rayon Kommunal Təsərrüfat İdarəsi tərəfindən Asif Əsədullayev küçəsi boyunca yol kənarlarında abadlıq işləri aparılmışdır.

Keçidlər