Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar onlayn iclas keçirildi

13 sentyabr 2020 | 20:00
   14.09.2020-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında Qəsəbə nümayəndəlikləri və digər qurumların iştirakı ilə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar onlayn iclas keçirildi.
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək, bununla bağlı xüsusi Qərargahın fəaliyyət göstərdiyini və Tədbirlər Planının təsdiq olunduğunu qeyd etmişdir.
   Onlayn iclasla əlaqədar təsərrüfat rəhbərləri və qəsəbə nümayəndəliklərinə söz verilərək, onların hesabatı dinlənilmişdir.
   Yekunda bu sahədə qarşıda duran məsələlərlə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilmişdir.
 
Keçidlər