Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər” Gənclər Forumu uğurla başa çatdı

01 fevral 2021 | 20:00
   Onlayn platformada keçirilən forumun son gününün qonağı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək forum iştirakçıları olan gəncləri “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik etdi.
   Forumun son gününün 1-ci spikeri olan Vətən müharibəsi qazisi, Xüsusi təyinatlı qrupda könüllü əsgər Əli Əsədli döyüşlər zamanı göstərdiyi şücaətlərdən, yaşadığı hisslərdən söz açdı. O, şanlı mübarizəmizdə heç vaxt unutmayacağı xatirələrini də iştirakçılarımızla bölüşdü.
   2-ci spikerimiz isə Sabunçu Gənclər Evinin direktoru, məcburi köçkün ailəsində yetişən Samir Mehralıyev öz əzmi və iradəsi ilə qazandığı nəaliyyətlərindən danışdı. Həmçinin 6 ildən çox bir müddət ərzində gənclər siyasətinin ölkədə tətbiqi istiqamətində göstərdiyi fəaliyyətləri haqqında iştirakçıları həm məlumatlandırdı,  həm də onları aktiv olmağa dəvət etdi.
   Canlı yayım müddətində iştirakçılar spikerlərə suallar ünvanladılar, idea və təkliflərini səsləndirdilər.
   “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş son görüşdə müsabiqə təşkil olundu və QALİB Sabunçu Gənclər Evi tərəfindən Xiaomi Mi Band 5 qazandı.
   Forumun 3 günlük nəticəsinə əsasən ən aktiv iştirak edən 20 gənc də fərdi inkişaf kitabları əldə etdi.
   Forumun sonunda spikerlərə “Təşəkkürnamə” və hədiyyə paketi təqdim edildi. Artıq onların da Sabunçu Gənclər Evində yaradılmış “Uğurun əl izi” guşəsində imza və əl izlərini görə bilərsiniz.
   Qeyd edək ki, “Zəfər” Gənclər Forumu Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1814451885384440
 
Keçidlər