Şriftin ölçüsü :

Saytın rəngi :

“Müdrik siyasət və Qarabağ zəfəri” mövzusunda elmi-praktik konfrans keçirildi

29 mart 2021 | 20:00
30.03.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə həsr olunmuş “Müdrik siyasət və Qarabağ zəfəri” mövzusunda elmi-praktik konfrans keçirildi.
İki formatın vəhdəti formasında təşkil edilmiş konfransda müsabiqənin rayon turu üzrə fərqlənən şagirdləri və qonaqlar Bakı Şəhər İcra Hakimiyyətinin akt zalında, Bakı şəhəri üzrə yerli icra hakimiyyətlərinin  əməkdaşları, layihədə iştirak edən şagirdlər, onların elmi rəhbərləri və məktəb direktorları isə video formatda iştirak edirdilər.
İlk olaraq tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Tarix İnstitutunun icraçı direktoru, Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək Qarabağ zəfərinin qazanılmasının tarixi, hərbi-siyasi və mənəvi səbəbləri, onun doğurduğu nəticələr barədə fikirlərini bildirdilər.
Daha sonra müsabiqənin rayon turu üzrə fərqlənən şagirdləri Vətən müharibəsi və Qarabağ zəfəri mövzuları üzrə maraqlı çıxışlar etdilər. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ağayeva Azərin Yalçın qızı isə “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri” mövzusu üzrə çıxış edərək rayonumuzu uğurla təmsil etdi.
Tədbirin sonunda layihədə fərqlənən şagirdlərin referatlarının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində nəşr edilməsi qərara alındı.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Qarabağda erməni faşizmi üzərində qazanılmış tarixi qələbənin orta məktəb şagirdləri tərəfindən dərindən öyrənilib təhlil edilməsi və gənclərin tədqiqat bacarıqlarının bu istiqamətdə inkişaf etdirilməsidir.
 
Keçidlər