Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ictimaiyyətinin nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

15 aprel 2021 | 20:00
16.04.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrinin nümayəndələri  Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı böyük qələbəyə həsr olunan Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Qeyd edək ki, beş hektar ərazini əhatə edən parkda Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən qənimət götürdüyü  hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar da öz əksini tapır. Açıq səma altında salınan parkda həmçinin döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması, müharibə cinayətləri barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları nümayiş etdirilir.
Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.
Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və qələbənin möhtəşəmliyini bir daha göz önündə canlandırmağa xidmət edən unikal təşəbbüsdür.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1869164783246483
 
Keçidlər