Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçısı Bayramov Məqsəd Şöhrət oğlu ilə görüş keçirildi

11 aprel 2021 | 20:00
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsasını şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması və onların problemlərinin vaxtında həll olunması təşkil edir.
Bu şərəfli işdə Prezidentin dəstəkçiləri kimi Sabunçu rayonunda da Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri rayon rəhbərliyi tərəfindən daim nəzarət və diqqət mərkəzində saxlanılır.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin iş planına əsasən Şəhid ailələrinin və müharibə əlillərinin ziyarət olunması davam etdirilir.
12 aprel 2021-ci il tarixdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan və böyük məsləhətçisi Dünyamalıyev Fəqan, Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov Sabunçu qəsəbəsinin sakini - qazi Bayramov Məqsəd Şöhrət oğlunu ziyarət etmiş, onun problem və qayğıları ilə maraqlanmışlar.
Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şücaət göstərən Bayramov Məqsəd Vətənin müdafiə olunmasının hər bir şəxsin müqəddəs borcu olduğunu qeyd edib. Xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında onun da əməyinin olacağını sevindirici hal kimi dəyərləndirib və dəstəyə görə Ölkə başçısına, Birinci vitse-prezidentimizə minnətdarlığını bildirib.
 
Keçidlər