Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Evimizi yaşıllaşdıraq” adlı ağacəkmə aksiyası keçirildi

21 aprel 2021 | 20:00
   22.04.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “22 aprel - Beynəlxalq Yer Kürəsi Günü” münasibətilə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində “Evimizi yaşıllaşdıraq” adlı ağacəkmə aksiyası keçirildi.
   Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi, Kürdəxanı bələdiyyəsinin sədri, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsul əməkdaşları, Sabunçu Gənclər Evinin məsul əməkdaşları və gənc üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 350-dən çox ağac əkildi.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1873775902785371
 
Keçidlər