Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid övladlarının iştirakı ilə tədbir keçirildi

31 may 2021 | 20:00
01.06.2021-ci il tarixdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin övladları üçün tədbir təşkil edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar
müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1904978496331778
 
 
Keçidlər