Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Camal Xaliq oğlunun ailəsi ilə görüş keçirildi

14 iyun 2021 | 20:00
   15 iyun 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev və Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Əliyev Camal Xaliq  oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Avtandil Hüseyn-zadə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan C.Əliyevin ailə üzvlərinə başsağlığı verərək son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
   Qeyd edək ki, Əliyev Camal Xaliq oğlu 11.08.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.
  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan 44 günlük Vətən müharibəsi zamanı könüllü qaydada ordu sıralarına yazılan C.Əliyev döyüşlərdə iştirak edərək 2 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.
 
   Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!
 
Keçidlər