Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub

07 iyul 2021 | 20:00
   07 iyul 2021-ci ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı General Polad Həşimovun anası Səmayə Həşimova, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, həmin şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Abbas Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov və şəhidin doğmaları iştirak etmişdir.
   Tədbirdə çıxış edən nümayəndələr və digərləri şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişlər.
   Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
  Qeyd edək ki, Dəmirçiyev Tural Rəfail oğlu. 01.10.1992-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuş, qəsəbədə yerləşən 90 saylı tam orta məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayan zaman  könüllü olaraq ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
   06.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
   Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
 
Keçidlər