Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nümayəndə heyəti məişət zorakılığı ilə bağlı “Tvinninq” layihəsi çərçivəsində Litvaya səfər edib

31 avqust 2021 | 20:00
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva və Avstriyanın müvafiq qurumları tərəfindən həyata keçirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı “Tvinninq” layihəsi çərçivəsində praktiki təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan nümayəndə heyəti 23-27 avqust 2021-ci il tarixlərində Litva Respublikasına paytaxtı Vilnüs şəhərinə rəsmi səfər edib.
Tədris səfərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət Zorakılığı üzrə sektorunun müdiri Vəfa Ələkbərova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktik işin təşkili idarəsinin rəis müavini, polis polkovniki Rüstəm Nəsibov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Aparatının Sosial müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva və
“Tvinninq” layihəsinin əməkdaşı Aytac Atakişiyeva iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı, Vilnüs şəhər Böhran Mərkəzi, Vilnüs Qadın Məsələləri Məlumat Mərkəzi, Vilnüs Şəhər Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzi, Bərabər İmkanlar üzrə Litva Respublikasının OMBUDSMANI Aparatı, Vilnüs Regionu Probasiya Mərkəzi, Daxili İşlər Nazirliyi yanında Polis İdarəsi, Vilnüs 1 saylı Yerli Polis Bölməsi, Vilnüs şəhər Bələdiyyə İdarəsi və digər aidiyyəti qurumları ziyarət edərək məsul şəxslərlə görüşüb.
Görüşlər zamanı “Tvinninq” layihəsi çərçivəsində məişət zorakılığının qarşısının alınmasında həyata keçirilən fəaliyyətlər müzakirə olunaraq bu istiqamətdə tərəflər arasında qarşılıqlı təcrübənin əldə edilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulmuş tədbirlər barədə fikir mübadiləsi aparılıb.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1973137549515872
 
Keçidlər