Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Nəqliyyat Agentliyi və Sabunçu Gənclər Evinin birgə əməkdaşlığı çərçivəsində “Avtobusda kitab oxu” adlı flaşmob formatında sosial aksiya keçirilib

14 sentyabr 2021 | 20:00
Bakı Nəqliyyat Agentliyi və Sabunçu Gənclər Evinin birgə əməkdaşlığı çərçivəsində “Avtobusda kitab oxu” adlı flaşmob formatında sosial aksiya keçirilib. 15 sentyabr “Bilik Günü” ilə əlaqədar keçirilən aksiya-flaşmobda Sabunçu Gənclər Evinin könüllüləri iştirak edib.
“Avtobusda kitab oxu” adlı sosial aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində itirilən zamanın səmərəli dəyərləndirilməsi olub. “Avtobusda kitab oxu” adlı sosial aksiya çərçivəsində avtobus və avtobus dayanacaqlarında Sabunçu Gənclər Evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb.
 
Keçidlər