Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirildi

26 sentyabr 2021 | 20:00
   27.09.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, Vətən müharibəsi qaziləri və  şəhid ailələrinin üzvləri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. A.Vəliyev vurğuladı ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.
   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun atası İlqar Rəhimov, Vətən müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun həyat yoldaşı Əsgərli Vüsalə Etibar qızı  və Vətən müharibəsi qazisi Muradov Murad Telman oğlu çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açdılar.
   Daha sonra tədbirin bədii hissəsində 10 nömrəli musiqi məktəbinin müəllimlərinin ifasında lirik kompozisiyalar təqdim edildi və 44 günlük Vətən müharibəsinin tarixi, böyük zəfərə həsr olunan müxtəlif videoçarxlar nümayiş etdirildi.
  Tədbirin sonunda şəhid Məmmədov Elcan Zöhrab oğlunun övladı Məmmədli Ayan Elcan qızı, şəhid Kərbəliyev Siyavuş Hümbət oğlunun övladı Kərbəliyev Hümbət Siyavuş oğlu, şəhid Kazımov Kamran Qurbanəli oğlunun övladı Kazımlı Aydan Kamran qızı, şəhid Cəfərov Zaur Hüseyn oğlunun övladı Cəfərli Həsən Zaur oğlu, şəhid Əliyev Abbas Salman oğlunun övladı Əliyev İsmayıl Abbas oğlu və şəhid Bağırov Elçin Fərhad oğlunun övladı Bağırova Aylin Elçin qızının ifasında “Qarabağ artıq azaddır!” şeiri səsləndirildi.                  
   Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!
Keçidlər