Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun il mərasimi keçirilib

28 noyabr 2021 | 20:00
29 noyabr 2021-ci ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun il mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Zahirov Nazim Həmzə oğlu. 25.06.2001-ci ildə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur.
2018-ci ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir.
2019-cu ildə Dövlət Dəmir Yol liseyini bitirmişdir.
2019-cu ilin iyul ayında həqiqi  hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
01.10.2020-ci ildə Talış-Suqovuşan uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
29.11.2020-ci ildə Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
 
Keçidlər