Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ərazisində sanitar təmizlik işləri davamlı olaraq həyata keçirilir

03 dekabr 2021 | 20:00
   04.01.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində təmizlik, abadlıq-quruculuq və dezinfeksiya işləri aparılmışdır.
   Ağacların qurumuş budaqları budanmış, ətraf ərazi yabanı və quru alaq otlardan təmizlənmiş, eləcə də ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantıları yığışdırılmış, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuşdur.
   Əlavə olaraq, rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsi və ətrafları, məhəllədaxili yollar, əhalinin intensiv hərəkət etdiyi küçələr, çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, pilləkənlər, pilləkən marşları və sakinlərin daha çox istifadə etdiyi digər yerlərdə, həmçinin rayonun qəsəbələrində xüsusi nəqliyyat vasitələri ilə daşınan suyun tərkibinə xüsusi dərman preparatları və dezinfeksiyaedici məhlullar əlavə edilərək dezinfeskiya işləri görülmüşdür.
   Sanitar təmizlik və dezinfeksiya işləri hər gün davamlı olaraq rayonun bütün qəsəbələrində aparılmaqdadır.
Keçidlər