Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

19 dekabr 2021 | 20:00
   20.12.2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu uğurla təmsil edən iştirakçılarla görüşdü.
   Görüş zamanı R.Fərəcova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar həmin ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir.  Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətdən söz açan R.Fərəcova Forumda Sabunçu rayonunu uğurla təmsil edən uşaqlara öz minnətdarlığını bildirdi.
   Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçıları olan uşaqlar Forum haqqında öz xoş təəssüratlarını bölüşərək uşaq hüquqlarının müdafiəsi istiqamətində fikir və təkliflərini irəli sürdülər.
Daha sonra Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edən iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan sertifikatlar təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.
 
Keçidlər